“Patı” haqqında DƏHŞƏTLİ FAKTLAR – Qadınları “arıqladırmış”

“Patı” (metanfetamin) adlı maddə qadınlara arıqlamaq üçün təklif olunurmuş və guya doğurdan da arıqladırmış.

Amma.. Amması budur ki , asılı hala salır…
Arıqladır çünki, iç orqanları məhv edir.. Arıqladır, çünki öldürür.

Bunu başa düşmək çətin deyil. Arıqlamaq yox, sürünərək yavaş-yavaş hər şeyini itirərək öldürür..
“Arıqladır” sözü satanlar tərəfindən uydurulmuş bəzəkli bir sözdür, məqsəd müştəriləri cəlb etməkdir.

Patı, şüşə (maddə adı metanfetamindir. İstifadəçilər öz aralarında “Şüşə” adlandırırmışlar bunu, sonra görüblər artıq hər kəs tərəfindən anlaşılan hal alıb bu ad, başlayıblar “podpres” sözünü qısaldıb “patı” deməyə) hər nə zibildirsə sintetik narkotikdir , bədəndə yaralar yaradır, ağciyəriləri deşir, insanın duruşunu dəyişir və öldürür. Ondan istifadə edənlərin ən çoxu 3-4 il ömrü olur…

Patının tarixinə baxsaq ll dünya müharibəsində almanlar , əsgərlər yatmasın və acmasın deyə istifadə ediblər, yəni arıqlamaq üçün nəzərdə tutulmayıb…
Düşünün ki, hələ məktəblər, universitetlər bağlıdır, az yaşlı qızlar və oğlanlar düşüb narkotikə. Məktəb və uni-lər açılanda kiminsə uşağı və yaxını buna düşərsə…
Buna görə sosial şəbəkələrdə narkotikə qarşı ciddi şəkildə mübarizə aparmaq lazımdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest