Paşinyanın Papikyanı müdafiə naziri təyin etməkdə gizli məqsədi nədir?

Xəbər verdiyimiz kimi, Ermənistanın Baş nazirinin müavini Suren Papikyan dünən ölkənin müdafiə naziri təyin olunub.

“Joxovurd” qəzeti xəbər verir ki, Suren Papikyanın bu vəzifəyə təyin olunması ölkədə birmənalı qarşılanmayıb.

Qəzet yazır ki, Papikyan müvəqqəti olaraq bu vəzifəni icra edəcək.

“Ermənistan hökumətində olan mənbələrimizin verdiyi məlumata görə, Nikol Paşinyan Papikyanı müdafiə naziri təyin etməkdə yalnız bir məqsəd güdür. Belə ki, Paşinyan ölkənin Müdafiə Nazirliyində hazırda nə baş verdiyini anlamaq istəyir. Məsələ ondadır ki, nazirlikdə məmurlar bu və yaxud digər məsələyə görə məsuliyyəti bir-birinin üzərinə atır, rəislərə bir-birindən şikayətlər edirlər”, – deyə məlumatda qeyd olunub.

Bildirilir ki, Paşinyan, həmçinin nazirliyi yaxşıca “silkələmək” istəyir. Nəticədə isə, nazirlikdə yüksək vəzifəli şəxslər, xüsusən də Baş Qərargahın rəisi Artak Davtyan, onun müavinləri və digər generalların aqibəti yaxşı olmayacaq.

Erməni ekspert David Arutyunovun fikrincə isə, Papikyan Paşinyanın nəzərdə tutduğu tapşırıqları yerinə yetirə bilməyəcək. Birincisi, bu problemlər yalnızca nazirliklə kifayətlənmir və qlobaldırlar. İkincisi isə, bu problemin kökünü siyasi rəhbərlikdə də axtarmaq lazımdır. Ekspertin sözlərinə görə, bu baxımdan, yalnızca naziri dəyişməklə nazirlikdə işləri qaydasına salmaq mümkün deyil.

Politoloq Suren Sureniants isə öz növbəsində hesab edir ki, Papikyanın nazir təyin edilməsi Nikol Paşinyanın öz istefasını elan etməsinə bərabərdir. Onun sözlərinə görə, hər hansısa siyasi fiqur müdafiə naziri ola bilər, lakin heç olmasa onun ordu ilə müəyyən qədər əlaqəsi olmalıdır. qafqazinfo

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest