Paşinyanın müavininin beynəlxalq axtarışda olduğu üzə çıxdı – FOTOFAKT

Ermənistanın baş nazirinin müavini Ambartsum Matevosyanın 2012-ci ildə beynəlxalq axtarışda olması faktı üzə çıxıb.

Buna səbəb olaraq onun hərbi xidmətdən yayınması göstərilir. Ona qarşı 2011-ci ildə Ermənistan Cinayət Məcəlləsinin 327-ci maddəsinin birinci bəndinə əsasən ittiham irəli sürülüb.

2012-ci ilin fevralın 3-də axtarışa verilib. Axtarış həmin ilin dekabrın 28-də dayandırılıb. Lakin cinayət işinə xitam verilməsinin səbəbləri açıqlanmayıb.

A.Matevosyan mətbuatın məsələnin aydınlaşdırılması istiqamətində suallarını da cavabsız qoyub.

Mənbə: oragir.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest