Paşinyanın heykəlinin başı yenə qoparıldı – FOTO

İcevanda Ermənistanın baş naziri Nikol Paşinyanın “addımlayan” heykəlinin başı dördüncü dəfə qoparılıb və üstünə qırmızı boya tökülüb. 

Bu barədə “Hraparak” nəşri məlumat yayıb. 

Məlumatda qeyd olunur ki, bundan əvvəl Paşinyanın abidəsi İcevan-Noyemberyan avtomobil yolunda qoyulmuşdu:  

“Abidə üç dəfə zədələndikdən sonra İcevan kilsəsinin həyətinə köçürülüb. Amma “doğma divarlar” da heykəli qoruya bilməyib”. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest