Paşinyanın daha bir axmaq vərdişi üzə çıxdı-FOTO

Ermənistanın Baş nazirinin selfi xobbisi var. Olduğu yerin fərqinə varmadan selfi çəkdirməyi çox sevir. Hətta iddia edir ki, selfi “tarixi” erməni sözüdür.

Bu barədə erməni mətbuatı məlumat yayıb. Məlumatlardan birində deyilir ki, bir neçə ay qabaq Rusiyanın Baş naziri Mixail Mişustin ilə Paşinyanın görüş zamanı qəribə söhbət olub. Beləki görüşün əvvəlində zala girən Mişustin dərhal masaya əyləşmək istəyib. Amma Ermənistandan olan bir həmkarı ona şəkil çəkdirməyin lazım olduğunu deyib və bayraqlara tərəf onu çəkib.

Yarı könül şəkil çəkdirən Mişustin yerinə qayıtmaq istərkən Paşinyan onu yenə buraxmayıb. Bu dəfə “bəlkə bir selfi də çəkdirək?”-deyə boğaz çəkib.

Rusiyalı Baş nazir buna da razılaşıb və Paşinyandan soruşub ki: “Ermənicə “selfi” nə dməkdir?”

Paşinyan tez qayıdıb ki:” “Selfi” elə erməni sözüdür də”…

Təbii ki, bu cavaba hər iki başnazir gülüb.

Paşinyanın selfi xəstəsi olması artıq onu tanıyan hər kəsə bəllidir.

Elə bu günlərdə KTMT-nin növbəti iclasında Paşinyanın selfi istəyi digər ölkə liderlərini zinhara gətirib. Yerli-yersiz liderləri saxlayaraq onlarla selfi çəkdirib. Hətta avtobusda gedən də o öz şakərindən qalmayıb.

Təbii ki, bu da digər ölkə başçılarının acı təbəssümü ilə qarşılanıb.

Hətta son vaxtlar Ermənistanda belə bir lətifə də yaranıb. Soruşsan ki, “Kim selfi xəstəsidir?” Gecikmədən cavab alacaqsan ki:”Dünyada iki selfi xəstəsi var: Biri Paşinyandır, digəri isə Kim Kardaşyan”.

SURXAY.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest