Paşinyanın BAŞI DƏRDDƏ – Korteji hamilə qızı vuraraq ÖLDÜRDÜ – VİDEO

Paşinyanın korteji piyadanın ölümünə səbəb olan ağır yol qəzası törədib.

Ermənistanın “168.am” saytı xəbər verir ki, aprelin 26-da Ermənistanın baş naziri Nikol Paşinyanın kortejinin avtomobillərindən biri hamilə qızı vuraraq öldürüb.

Faciə İrəvanda Leo və Paronyan küçələrinin kəsişməsində baş verib. Hadisə şahidlərinin sözlərinə görə, kortejdəki avtomobillərdən heç biri qızı vurduqdan sonra dayanmayıb.

Qəzadan sonra huşunu itirmiş zərərçəkmiş ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, həkimlər nə onun, nə də uşağın həyatını xilas edə bilməyiblər.

Nairi Tibb Mərkəzinin baş həkimi Anatoli Qnuni News of Armenia – News.am-a bildirib ki, qızın qəbulu zamanı tənəffüs və ürəyi dayanıb.

“1,5 saat davam edən təcili reanimasiya tədbirlərinə başlanılıb. Təəssüf ki, bioloji ölüm qeydə alınıb. Həkimlər ana bətnindəki körpənin ürək döyüntüsünü də yoxlayıblar, artıq onun da öldüyü məlum olub”, – deyə Qnuni bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest