Paşinyanın arvadının sevimlisinin ayaqları tutuldu-FOTO

Ötən ilin 27 sentyabr tarixində başlayan və 44 gün davam edən müharibə zamanı yalan məlumatlar yayaraq öz vətəndaşlarını inandırmağa çalışan Ermənistan Müdafiə Nazirliyinin keçmiş mətbuat katibi Artsrun Ovannisyanla bağlı sosial şəbəkələrdə yeni görüntü yayılıb.

Bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Hazırda Almaniyanın Frankfurt şəhərində yaşayan Ovannisyanın əlil arabasında oturaq vəziyətdə çəkilən fotosu qalmaqala səbəb olub.

“Zavallıya baxın, başqa bir formada yenə manipulyasiyaya edir. Bu addımla şəxsinə qarşı xalqın mərhəmətini oyatmağa çalışır. Əlil olduğunu söyləyirlər. Təəssüf ki, bu, şəkillər kateqoriyasından bir şəkildir. Yenə xalqı aldadır”, – məlumatda deyilir.

Xatırladaq ki, bir zamanlar Ovannisyanın Paşinyanın arvadı Anna Akopyanla sıcaq münasibətdə olduğu deyilirdi.
Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest