Paşinyanın ailəsində toydur

Erməni hakimiyyəti təmtəraqlı toylara hazırlaşır.

Bu barədə erməni mətbuatı məlumat yayıb.

“Hakimiyyət iki dəbdəbəli toya hazırlaşır. İlk toy Müdafiə naziri Suren Papikyanın olacaq. Artıq onun seçdiyi var və nazir toy edəcək, toy bu ay olacaq.

Nikol Paşinyanın oğlu Aşot da ailə qurmağa hazırlaşır. Onun toy mərasiminin tarixi ilə bağlı konkret məlumat yoxdur, lakin çox güman ki, gözləmək çox çəkməyəcək”, – mənbə yazır.
Həmçinin mənbənin sözlərinə görə, hakimiyyət bu vəziyyətdən istifadə edib öz mediası vasitəsilə ictimaiyyətə, xüsusən də həlak olan əsgərlərin valideynlərinə oğullarının əbəs yerə ölmədiyini, həyat davam etdiyini çatdırmaqla divident toplamaq niyyətindədir.

“Papikyanla Aşot evlənirlər ki, yeni nəsil doğulsun, millət artsın”, – qəzet yazır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest