Paşinyan niyə casus Arutyunyanı Rusiyaya göndərdi? – Arşakyandan AÇIQLAMA

“Ermənistanın Rusiyaya yeni təyin etdiyi səfir Vaqarşaq Arutyunyan Robert Köçəryanın prezident olduğu dönəmdə müdafiə naziri postunda olub. Səriştəsizliyi və məhz Rusiya ilə gizlin əlaqələri üzündən işdən azad olunub. İndi bu casusu səfir edib Moskvaya göndərən Nikol Paşinyanın ağlında yenə hansı məkrli plan olduğunu zaman göstərəcək”.

Bu fikirləri erməni siyasi şərhçi Tevos Arşakyan bölüşüb.

“Bu Vaqarşaq müdafiə naziri işlədiyi dövrdə çox ciddi səhvlər edib, işdən kənarlaşdırıldıqda isə Rusiya generallarının ayaqları altına uzanıb. Onu Ermənistanda cinayətdə iddiham edə bilərdilər. Keçmiş nazir bu səbəbdən Rusiyanın ayaqları altına sərilmişdir. İndi, uzun zaman keçdikdən sonra bu saxtakar Rusiyaya səfir qismində təyinat alır. Qəribədir…

Qəribə hadisələr bir neçə il öncə start götürüb. Əvvəlcə Nikol Arutyunyanı yanına çəkir, onu özünün hərbi məsələlər üzrə müşavir edir, sonradan Vaqarşaqa yenidən müdafiə naziri kürsüsünə əyləşmək təklif olunur. Artıq bir dəfə səriştəsizlik, saxtakarlıq və casusluq ucbatından Ermənistandan qaçan adamın hansı səbəbdən yenidən nazir postuna qaldırılması ciddi suallar yaradır”, – deyə erməni ekspert qeyd edib./axar.az/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest