Paşinyan: “Müharibəni dayandırmaq üçün Qarabağı Azərbaycanın tərkibində tanımaq mütləq idi” – VİDEO

Paşinyan Ermənistan parlamentində çıxış edib.

Bu gün parlamentdə çıxış edən baş nazir Nikol Paşinyan dolayı yolla İkinci Qarabağ müharibəsini Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımaqla dayandırmalı olduqlarını vurğulayıb.

“Danışıqlar prosesini Serj Sarkisyan uğursuzluğa düçar etdi. O, 2018-ci il aprelin 17-də bunu etiraf edərək bildirib ki, danışıqlar prosesi nikbinlik yaratmır, daha doğrusu, dayandırılıb, çünki Azərbaycanın tələbləri bizim üçün qəbuledilməzdir və Sarkisyan bu tribunadan gələcək müharibəni elan edib. Biz uzun müddətə ümid etməməliydik ki, Azərbaycan məsələni müharibə yolu ilə həll etməyəcək.

2020-ci il sentyabrın 27-də mən parlamentin  tribunasından dedim ki, müharibəni indi dayandıra bilərəm, bunun üçün bir şərt var –  Dağlıq Qarabağ Azərbaycanın tərkibində tanımaq lazımdır. Bunu Serj Sarkisyanın məntiqi ilə bağlasaq, belə çıxır ki, müharibəni dayandırmaq üçün Azərbaycanın qəbuledilməz şərtlərini qəbul etmək və Arsaxı Azərbaycanın bir hissəsi kimi tanımaq lazım idi.

Qeyd etmək istəyirəm ki, Ermənistan hakimiyyəti, o vaxt Madrid prinsiplərini danışıqlar üçün əsas kimi qəbul etdi, onlar Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdı və mən bunu sübut edəcəm. İndi çox vacib bir şey aydın olacaq…”, – Paşinyan müxalifətə cavab verib.

Müxalifətçi deputat Rüstəmyan buna cavab olaraq bildirib ki, günahı keçmiş hakimiyyətin üzərinə atmaq indiki hakimiyyətin hərəkətlərinə haqq qazandırmır. O, qeyd edib ki, Paşinyan özü də “Arsax”ın Azərbaycandan kənarda mövcudluğunun perspektivini görmədiyini bəyan edib.

Paşinyan Rüstəmyana cavab vermək istəyəndə müxalifət deputatları iclas zalını tərk etməyə başlayıblar.

Paşinyan iqtidaryönlü deputatların alqış sədaları altında “Ah, qulaq asmaq istəmirsiz. Belə de. Həmişə qaçdığınız kimi, həmişə də qaçacaqsınız”, – Paşinyan müxalifətçi deputatlara səslənib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest