Paşinyan istədiyini etdi

Ermənistan baş naziri vəzifəsini icra edən Nikol Paşinyan Armen Qriqoryanın Təhlükəsizlik Şurasının katibi vəzifəsindən azad edilməsi və xarici işlər nazirinin birinci müavini vəzifəsinə təyin edilməsi haqqında qərar qəbul edib.

TASS xəbər verir ki, bu barədə qərar hökumətin rəsmi saytında dərc olunub.

“Təhlükəsizlik Şurasının təşkili və fəaliyyəti haqqında” qanunun 711-ci maddəsinə uyğun olaraq, Armen Qriqoryan Təhlükəsizlik Şurasının katibi vəzifəsindən azad edilsin. “Dövlət qulluğu haqqında” qanununun 9-cu maddəsinin 1-ci hissəsini rəhbər tutaraq, Armen Qriqoryan xarici işlər nazirinin birinci müavini vəzifəsinə təyin edilsin”, – Paşinyanın sərəncamlarında deyilir.

Xatırladaq ki, bir neçə gün əvvəl Paşinyanın belə bir niyyətdə olması barədə yazmışdıq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest