Paşinyan hakimiyyəti Ermənistanı türklərə təslim edəcək- Erməni politoloq

“Ermənistan hakimiyyəti ölkəni tamamilə Türkiyə və Azərbaycana tabe edəcək”.

Erməni mətbuatı xəbər verir ki. belə bir şok açıqlama ilə politoloq Kiro Manoyan çıxış edib:

“Türkiyənin siyasi mentalitetində “müstəqil erməni dövlətçilik” anlayışı yoxdur. Türkiyənin siyasi düşüncəsinə görə, qonşuluqda bir erməni dövləti mövcuddursa, bu yalnız onlardan asılı halda olmalıdır.  Ermənistan hökuməti də məhz buna çalışır – Ermənistanı Türkiyədən asılı vəziyyətə salmaq, ölkəni  Türkiyə və Azərbaycana tabe etmək və suverenliyinə tamamilə  son qoymaq siyasəti yürüdür”.

“Ərdoğan ilkin şərtləri sadalayır, Ermənistanın baş naziri isə  “müsbət siqnallar” alırıq deyir. Biz Türkiyə haqqında birinci dəfə deyil ki, nəsə oxuyur və ya eşidirik, amma hər şeyi başqa cür başa düşürük” – deyə Manoyan fikirlərini tamamlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest