Paşinyan DANIŞDI: “Dinc era başlayır”

Ermənistanın Baş naziri Nikol Paşinyan Milli Təhlükəsizlik Xidmətinin iclasında İlham Əliyev keçirdikləri görüşdən danışıb.

Nikol Paşinyan görüşün Ermənistan və region üçün əhəmiyyətinin böyük olduğunu vurğulayıb:

“Azərbaycan Prezidenti İlham Əliyev ilə noyabrın 26-da Soçidə və dekabrın 14-də Brüsseldə keçirilən görüşlərdən sonra Ermənistan və region üçün dinc eranın inkişafına dair imkanlar yaranıb”.

Paşinyan bildirib ki, region üçün yeni eranın açılması istiqamətinə mühüm işlər görülür:

“Qeyd etmək istəyirəm ki, biz Soçi və Brüssel görüşündən sonra addım-addım ölkəmiz və regionun inkişafı üçün yeni eranın açılması istiqamətində irəliləyirik. Ermənistan hökuməti bu istiqamətdə irəliləmək üçün bütün imkanlardan istifadə edəcək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest