Paşinyan daha bir generalı yola saldı

Ermənistan müdafiə nazirinin müavini Suren Saakyan vəzifəsindən azad edilib.

“Sputnik Armenia” xəbər verir ki, bununla bağlı Baş nazir vəzifəsini icra edən Nikol Paşinyan fərman imzalayıb.

Qeyd edək ki, N. Paşinyanın digər qərarı ilə Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin birinci müavini Arşak Karapetyan müdafiə nazirinin birinci müavini təyin edilib. A. Karapetyan faktiki olaraq iyulun 20-də istefa verən Vaqarşak Arutyunyanın yerinə müdafiə naziri vəzifəsini icra edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest