Paşinyan: “Biz Azərbaycanla sülh danışıqlarına başlamağa hazırıq”

“Bölgədəki hərbi-siyasi vəziyyət gərgin olaraq qalır”.

Bu barədə hökumətin iclasında çıxışı zamanı Ermənistanın baş naziri Nikol Paşinyan fikir səsləndirib.

Paşinyan bildirib ki, Rusiya bölgədə təhlükəsizliyin və sabitliyin təmin edilməsində əsas rol oynayır: “Ermənistan regional kommunikasiyaların blokdan çıxarılmasını vacib sayır və bu istiqamətdə işləri davam etdirir. Biz Azərbaycanla sülh danışıqlarına başlamağa da hazırıq. Sülh və sabitliyin alternativi yoxdur. Ermənistan hökuməti bölgədə dinc inkişaf  yolu açmaq üçün üzərinə düşənləri etməyə hazırdır” –deyə paşinyan vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest