Partlayış baş verən zaman bu məşhur müğənni də GECƏ KLUBUNDA olub – FOTO

İki gün əvvəl gecə saat 03 radələrində Səbail rayonu, T.Əliyarbəyov küçəsi 9 ünvanında yerləşən “Location” gecə klubunda baş vermiş partlayış nəticəsində xəsarət alanlar arasında daha bir azərbaycanlı məşhur da olub.

Müğənni Nicat Məhərrəmov partlayış baş verən zaman gecə klubunda imiş.

Gənc məşhur müğənni xəsarət alanlar arasında olduğunu bu sözlərlə açıqlayıb:

“Bu gün baş verən partlayış sadəcə bir kabus idi. İnsanların çaresizliyi, o partlayışın səsi ümumilikdə yaşanan bu faciə heç bir zaman gözümdən və ağlımdan getməyəcək. Bütün yaralı olan dostlarıma Allahdan acil şəfalar diləyirəm və məni yığıb soruşan, axtaran, arxamca xəstəxanaya qədər gəlib yanımda olan doğmalarıma, dostlarıma, əzizlərimə, hər birinizə təşəkkür edirəm. Allah sizi sevdiklərinizə bağışlasın”.

Qeyd edək ki, hadisə rəsmi açıqlamaya görə qaz sızmasına görə baş verib. Partlayış nəticəsində 1 nəfər ölüb, 31 şəxs isə xəsarət alıb. Yaralılardan bir neçəsinin vəziyyətinin kritik olduğu bildirilib.

Məhəmməd Vaqif

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest