Pakistan ABŞ-a hərbi baza verməyəcək

Pakistan kontinqentini Əfqanıstandan çıxaran ABŞ-a hərbi baza verməkdən imtina edib.

Bu barədə Pakistan Xarici İşlər naziri Şah Mahmud Qureyşi “Geo News” telekanalına müsahibəsində bildirib.

“Biz sülh prosesinin (Əfqanıstanda) qoşunların çıxarılması ilə irəliləməsini istəyirik. Dünya Pakistanı problemin bir hissəsi kimi görmür”, – deyə o qeyd edib.

Qureyşi vurğulayıb ki, Pakistanın ABŞ-a hərbi baza vermək fikri yoxdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest