Özil “Fənərbağça”dan ayrılıb bu çempionata gedir

“Fənərbağça” klubunun ulduz futbolçusu Məsut Özil komandadan ayrıla bilər.

Bu iddia ilə İngiltərənin “The Sun” nəşri çıxış edib. Sözügedən mətbu orqan 32 yaşlı yarımmüdafiəçinin İstanbul təmsilçisində xoşbəxt olmadığını və karyerasını ABŞ çempionatında (MLS) davam etdirmək istədiyini yazıb.

Özilin qışda – dövrələrarası fasilədə “sarı-lacivərtlilər”in sıralarını tərk edəcəyi bildirilir.

Qeyd edək ki, təcrübəli futbolçu bu ilin əvvəlində “Arsenal”dan “Fənərbağça”ya transfer edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest