Özbəkistanda sel və daşqınlar nəticəsində səkkiz nəfər həlak oldu

İyulun 13-də Özbəkistanın dağlıq vilayət və rayonlarında yağan güclü yağış daşqınla nəticələnib. Təbii fəlakət bir sıra fəsadlar törədib.

Özbəkistan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti xəbər verir ki, Fərqanə vilayətinin Kasansay şəhərindən keçən eyni adlı çayda baş verən sel və daşqınlar ilkin məlumata görə, 8 nəfərin həyatına son qoyub. Bundan başqa, 8 nəfər də xəsarət alıb.
Ölən və yaralananların arta biləcəyi istisna olunmur. Axtarış-xilasetmə işləri davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest