Öz şəklini paylaşdığına görə 150 min ödəyəcək – Qəribə addım

Müğənni-model Dua Lipa öz şəklini paylaşdığı üçün məhkəməlik olub.

25 yaşlı müğənni paparatzilərin çəkdiyi şəkli hesabında yerləşdirdirib. Ardından “Integral Images” fotoda müəllif hüquqlarının pozulduğunu iddia edərək müğənnini məhkəməyə verib.  

Məhkəməyə təqdim olunan sənəddə müğənninin fotonu marketinq vasitəsi kimi paylaşıldığı qeyd olunub. Bu səbəbdən Dua Lipadan 150 min dollar təzminat ödəməsi tələb olunur.

Şirkət təzminatla yanaşı, məhkəmə, vəkil xərclərini qarşılanmasını və gələcəkdə müəllif hüquqlarını pozan hərəkətlərin təkrarlanmaması ilə bağlı qərarın qəbul edilməsini tələb edir.

Qeyd edək ki, sözügedən fotoda müğənni böyük bir şapka taxaraq hava limanından çıxır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest