Özəl təyyarəsi ilə xaricə dollar daşımaq istədi: Qarşısını F-16 kəsdi

Türkiyəli iş adamı Ali Ağaoğlunun xaricə külli miqdarda valyuta daşımaq istəməsi barədə iddialar yayılıb.

“Sondakika”com xəbər verir ki, iddialara görə, içi dollarla dolu olan iş adamının özəl təyyarəsinin ölkədən çıxmasına F-16 qırıcısı imkan verməyib. Yayılan iddialara cavab verən iş adamı, xəbərləri təkzib edib. O bildirib ki, iddiaların əsası yoxdur. İş adamı özəl təyyarəsinin və xaricdə mülkinin olmadığını bəyan edib.

“Sübut etsinlər” – deyə iş adamı bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest