Oxçuçayı çirkləndirən kombinatdakı əməliyyatdan FOTOLAR

Xəbər verdiyimiz kimi, ötən gün Ermənistanda Zəngəzur mis-molibden kombinatında axtarış əməliyyatı keçirilib.

Bakuexo.az xəbər verir ki, panoram.am saytı erməni xüsusi təyinatlılarının həyata keçirdiyi əməliyyatdan bu gün görüntülər yayıb.

Əməliyyat zamanı otaqlardakı kompüterlər müsadirə olunub.

Qeyd edək ki, Zəngəzur mis-molibden kombinatında ən son iyulun 8-də yoxlama-axtarış əməliyyatı keçirilib. Belə ki, Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan seçkiqabağı kampaniyası zamanı bu kombinatda müxalifət lehinə rüşvət paylandığını iddia edirdi.

Xatırladaq ki, səhmlərinin böyük hissəsinin Almaniyanın “CRONIMET” şirkətinə məxsus olduğu Ermənistanın Zəngəzur mis-molibden kombinatı istehsalat tullantılarını ilkin təmizləmə işləri aparmadan birbaşa Oxçuçaya axıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest