Orucəli Hacıyevlə Nazim İbrahimov QANUNun üzünə tüpürdü,hakim isə QANUNu tapdalayıb keçdi

Xəbər verdiyimiz kimi bu gün Bakı Hərbi Məhkəməsində keçmiş briqada komandanı, Milli qəhrəman, general Rövşən Əkbərovun məhkəməsi başlayıb.

General Cinayət Məcəlləsinin bir çox maddələri ilə ittiham olunur. Ən əsası o, iş adamı Elçin Əliyevin ölümündə günahlandırılır. Ona görə də məhkəmənin gərgin və sürprizlərlə dolu keçəcəyini güman edirdik. Gümanımız bizi aldatmadı. Elə ilk məhkəmə iclasındaca sürpriz bombanın biri partladı.

Beləki, Bakı Hərbi Məhkəməsində general Rövşən Əkbərovun cinayət işi üzrə keçirilən hazırlıq iclasında Diasporla İş üzrə Dövlət Komitəsinin sabiq rəhbəri Nazim İbrahimovun, Fövqəladə Hallar nazirinin müavini Orucəli Hacıyev şahid qismində ifadə veriblər.

Yəni hər iki maddi-məsul şəxs Rövşən Əkbərovun, iş adamı Elçin Əliyevi öldürməsinə şahid olduqlarını təsdiqləyiblər.

Bax, əsl BOMBAa da budur. Çünki, Azərbaycan Respublikası CM-ə görə cinayəti görüb və yaxud bilib xəbər verməmək həmin şəxslər üçün hüquqi məsuliyyət yaradır. General Orucəli Hacıyevin və Nazim İbrahimovun 20 il bundan qabaq baş vermiş qətli bilə-bilə gizlətmələri ölkə qanunvericiliyinə görə cinayətdir. Ona görə də qanunvericiliyə görə hər iki şəxs hazırda cinayət məsuliyyəti daşıyır. Amma nəyə görəsə bu şəxslərdən bildikləri ağır cinayəti gizlətmə səbəbini belə soruşan yoxdur.

Bakı Hərbi Məhkəməsinin hakimi, uzun illərin kos-koca hüquqşünası da bunu adları çəkilən şəxslərdən soruşmayıb. Soruşsaydı yəqin ki, hər iki şəxs əl-qollarını sallaya-sallaya gəzməzdilər.

Ona görə də əminliklə demək olar ki, Orucəli Hacıyev və Nazim İbrahimov Azərbaycan qanunlarınıın üzünə tüpürür. Bakı Hərbi Məhkəməsinin hakimi isə qanunları tapdalayıb keçir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest