Orqanizmi qurdlardan təmizləyən 3 EFFEKTLİ TƏBİİ VASİTƏ

Xalq təbabətində orqanizmi qurdlardan təmizləmək məqsədi ilə çoxlu sayda müxtəlif otlar, toxumlar və s. istifadə olunur. 

Bakuexo.az 3 belə vasitəni təqdim edir.

1. Balqabaq tumaları qurdlarla mübarizədə və profilaktik məqsədi ilə geniş istifadə olunan vasitədir.

Hər gün 1 ovuc təmizlənmiş balqabaq tumlarını yemək çox yaxşı effekt verir. Tumların üzərində yaşıl pərdə qalmalıdır. Məhz bu pərdə güclü qurdqovucu təsirə malikdir.

2. Yaşıl (kal) qoz da qurdqovucu təsir edir. 3 xörək qaşığı xırda doğranmış qozun üzərinə 1 stəkan qaynar su əlavə edin, 1 saat ərzində dəmləyin və süzün.

Dəmləməni gündə 3 dəfə 1 xörək qaşığı olmaqla qəbul edin. Müalicə kursu – 2 həftə.

3. Razyana toxumları qidalara, salatlara əlavə etmək, dəmləmə şəklində qəbul etmək (1 xörək qaşığı toxum + 1 stəkan qaynar su) çox yaxşı qurdqovucu təsir edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest