Operativ Qərargah məlumat yaydı

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1904 yeni yoluxma faktı qeydə alınıb, 1833 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 29 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 576 min 703 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 541 min 327 nəfər müalicə olunaraq sağalıb, 7 min 686 nəfər vəfat edib, aktiv xəstə sayı 27 min 690 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 min 194, ötən müddət ərzində isə ümumilikdə 5 milyon 461 min 573 test aparılıb.

Ölkədə son sutkada koronavirus (COVID-19) əleyhinə 36 min 348 vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 min 698, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 7 min 728, “buster” doza üzrə vaksinasiya olunanların sayı isə 23 min 922 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 10 milyon 328 min 843, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 milyon 55 min 303, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 milyon 532 min 579, “buster” doza üzrə vaksinasiya olunanların sayı isə 740 min 961 təşkil edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest