Onlar Azərbaycandan köçüb getdilər – FOTO

Bir çox məşhur simalar uzun illər əvvəl Azərbaycandan köçüb, müxtəlif xarici ölkələrdə yaşamağa başlayıblar. Son günlər isə tanınmışlar arasında bu hal artıb.

Xaricə köçən tanınmışları təqdim edir:”Eurovision” təmsilçilərimizdən olan Elnur Hüseynov bir müddətdir Türkiyədə yaşayır. “O səs Türkiyə” qalibi olan Elnur İzmirə köçüb. O bildirib ki, orada sakit həyat onu daha çox xoşbəxt edir.

“Eurovision” təmsilçilərimizdən olan Səbinə Babayeva da Azərbaycandan köçmək qərarına gəlib. O, uzun müddətdir Rusiyanın paytaxtı Moskvada yaşayır və çalışır.

Müğənni Aysel Əlizadə də bir ildən çoxdur Türkiyəyə köçüb. İfaçı İstanbulda yaşamağa başlayıb.

İstanbula köçən digər müğənni isə Ülvi Qılıncdır. Ülvi 3 aya yaxındır ki, orada yaşadığını və çalışdığını bildirib.

Xalq artisti Miri Yusif də yaşamaq üçün Türkiyəni seçib. O, ailəsi ilə birlikdə izmirdə yaşayır. Özünə orada ev alan müğənni işləri olanda Bakıya gəlib gedir.

Prodüser Pərviz Əsgərov ABŞ-a köçüb. O, bir neçə ildir Amerikada həm yaşayır, həm də işləyir.

Müğənni Elariz Məmmədoğlu da illər əvvəl ABŞ-a köçdü. “Green card” udan sənətçi orada özünə biznes də qurub. Ailəsi ilə birlikdə Amerikada yaşayan və orada müğənnilik də edən Elariz Azərbaycana qayıtmağı düşünmür.

Müğənni Samir Cavadzadə də bir müddətdir Rusiyaya köçüb. O, Moskvada yaşayır.

Aparıcı Günel Hümbətova artıq bir neçə ildir ABŞ-da yaşayır. O, orada ailə qurub.

Müğənni Çingiz Mustafayev də bu il Azərbaycandan köçüb. O, artıq Rusiyada yaşadığını bildirib. Çingiz oxu janrını dəyişərək, elektron musiqi ifa etməyə başladığını açıqlayıb.

Axşam.az.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest