Öldüyü deyilən adam meyitxanada DİRİLDİ – Polis araşdırmaya başladı

Hindistandan olan həkimlər ailəyə onların qohumunun qəzadan sonra öldüyünü, lakin kişinin sağ olduğunu və bunu yalnız meyitxanada bildiklərini bildiriblər.

Şrikeş Kumar adlı şəxs motosikletin idarəetməsini itirərək magistral yolda qəza törədib. O ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Həkimlər xəstəni reanimasiyaya şöbəyinə yerləşdiriblər. Lakin həkimlər 45 yaşlı kişinin vəziyyətini stabilləşdirə bilməyiblər. Həkimlər Şrikeşin ailəsinə kişinin öldüyü barədə məlumat veriblər. Bundan sonra Kumar meyitxanaya göndərilib və orada 6 saat dondurucuda yatıb.

Qohumları və polis əməkdaşları meyiti yoxlamağa və götürməyə gələndə onlar görüblər ki, meyid nəfəs almağa başlayıb. Nəticədə zərərçəkmiş yenidən xəstəxanaya çatdırılıb. İndi hindistanlı komadadır. Polis artıq araşdırmalara başlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest