Öldürülən jurnalistin dəfn mərasimində TOQQUŞMA – Cənazəni götürmək istədilər – FOTO/VİDEO

İsraildə polis jurnalistin cəsədi olan tabutu götürməyə çalışıb.

“Əl-Cəzirə” müxbirinin dəfn mərasimi zamanı cənazə mərasimi mitinqə çevrilib. İsrail polisi mərasimə müdaxilə edib və tabutu daşıyan insanlara xəsarət yetirib. Yaralılar xəstəxanaya aparılıb.

Sonradan yarımçıq qalmış dəfn mərasiminə icazə verilib və insanlar qəbiristanlığa buraxılıblar. Dəfn mərasiminə yalnız mərhumun qohumlarına icazə verilib.

Xatırladaq ki, mayın 11-də “Əl-Cəzirə” telekanalının müxbiri Şirin Əbu Akile İordan çayının qərb sahilindəki Cenin düşərgəsində İsrail əsgərləri tərəfindən öldürülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest