Oğuzda dəhşətli qətl: qardaş qardaşı öldürdü

Prokurorluq Oğuzda baş verən qətllə bağlı məlumat yayıb.
Oğuz rayon Prokurorluğundan verilən xəbərə görə, aprelin 2-i saat 19 radələrində Oğuz rayon sakini, 1976-cı il təvəllüdlü Aqil Şirinovun almış olduğu xəsarətdən xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılmış araşdırmalarla zərərçəkmişin qardaşı, 1973-cü il təvəllüdlü Namiq Şirinovun yaşadığı evin həyətində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Aqil Şirinova bıçaqla xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Oğuz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Namiq Şirinov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə istintaq davam edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest