Nyu-Yorkda saxlanılan “Şeytan İncili” haqqında DƏHŞƏTLİ FAKTLAR

Sirli İblisin Müqəddəs Kitabı (Şeytan İncili) haqqında dəhşətli faktlar açıqlanıb.

Sirlərlə dolu, vahiməli bu kitab haqqında heç vaxt danışılmayan faktları təqdim edirik:

1448-ci ildə isveçli bir əsgər müharibə zamanı nəhəng bir çuxura düşdü. Düşdüyü çuxurun əsrlərdir açılmayan köhnə kilsəyə aid gizli otaq olduğunu anlayan əsgər otağın ətrafında dolanır və divara amansızcasına basdırılmış qadın meyiti ilə rastlaşır. Bu qadının bədəni artıq sümükləşmişdi. Lakin o, divarın içindən qadının əlinin uzandığını görür. Diri-diri basdırılmış bu qadının indi sümükləşmiş əlinin uzandığı divarda ağılları uçuran bir kitab var idi. Bəs bu kitabda nə yazılıb və kim bunu belə dəhşətli şəkildə gizlətməyə ehtiyac duyub? Həm də naməlum kilsənin gizli guşəsində?

İsveçli əsgər kitabı yerindən götürməyə çalışsa da, ağırlığından məəttəl qalır və onu qaldıra bilmir. Çünki bu nəhəng əlyazmanın çəkisi 72 kiloqram idi və demək olar ki, orta insan boyu uzunluğunda idi. Bundan sonra kitab İsveç əsgərinin köməyinə gələn digər əsgərlərlə birlikdə tapıldığı yerdən çıxarılaraq kilsə idarəçilərinə təhvil verilib.

Keşişlər apardıqları araşdırma nəticəsində bunun 1200-cü illərdə yazılmış və papa tərəfindən qadağan edilmiş bir kitab olduğunu başa düşürlər. Kitaba verilən ad Şeytan İncili idi. Bu sirli nəhəng İncil niyə qadağan edilib və kahinlər bu kitabı nə üçün şeytanın İncili adlandırıblar? Bunun sirri bir neçə il sonra, İngiltərə kralı kitabı gizlicə ələ keçirdikdən sonra onu oxuyanda açılacaqdı. Çünki kral kitabda böyük sirlərin gizləndiyinə əmin idi. Və bu təsdiqini tapdı.

Müqəddəs Kitabın səhifələri heyvan dərisindən idi və onu tamamlanması üçün 160 eşşəyin dərisi soyulmalı idi. Kralın tədqiqatçıları İncili açanda böyük bir şeytanın təsviri ilə qarşılaşırlar. Bəs nə üçün ilk səhifədə Allahın sözləri olduğuna inanılan İncildə şeytanın belə böyük şəkli yer alıb? Tədqiqatçılar vərəqlədikcə daha da təəccüblü sözlərlə qarşılaşırlar, çünki şeytanın İncili adlandırdıqları bu kitabda şeytanın özünün sözləri yazılıb. Sirli kitabın ilk sözləri insanın “tüklərini biz-biz edirdi”.

Sözlər sanki şeytanın insanlığa çağırışı idi: “Mən səsimi ucaldıram ki, eşidin məni . Şərqə və qərbə səslənirəm. İşarələrimi cənuba və şimala göndərirəm. Zəiflərə ölüm, güclülərə isə sonsuz sərvət vəd edirəm. Gözlərinizi açın, ey zehnləri kif bağlamış insanlar! Gözlərinizi açın ki, görə biləsiniz, ey ağlında qəlib olan insanlar, gözlərinizi açın ki, görə biləsiniz. Siz ey çaşqın milyonlarl, məni dinləyin”.

Tədqiqatçılar səhifələri vərəqlədikcə kitabda çoxlu sehrlərin gizləndiyini gördülər. Əslində ən təəccüblü məlumat isə Musanın 10 əmri kimi tanınan bölməsində zina etməyəcəksiniz yazılıb, amma bu İncildə zina edəcəksiniz yazılıb.

Lakin bu sözləri oxuyan saray tədqiqatçıları bir müddət sonra səbəbsiz yerə ölməyə başladılar. Hətta, papanın əlindən qaçaqmalçılıq yolu ilə şeytanın İncilini qaçıraraq öz sarayına gətirən kral II Rudolfun ailəsi ölümcül xəstəliklərlə mübarizə aparmalı olub. Həmin il qış həmişəkindən daha soyuq keçdi və İngiltərə əhalisi az qala aclıqdan və soyuqdan qırılmaq ərəfəsində idi.

Bunun üzərinə şeytanın İncilinin məhv edilməsi lazım olduğunu düşünən kral İncilin yandırılmasını əmr edir, lakin əsgərlər bunu yerinə yetirə bilmir və kitabı bir rahibəyə verir və onu saxlamağı tapşırırlar. Rahibə Şeytan İncilini kilsənin zirzəmisində saxlayır, yəni, elm adamları illər sonra yenidən üzə çıxarana qədər.

Alimlər bu İncili öyrənməyə başlayanda başa düşürlər ki, bu kitabın müəllifinin kim olduğunu heç kim araşdırmır. Kitabın heç bir mənbədə və heç bir yerində müəllifin imzası yox idi. Halbuki belə mühüm əsərdə müəllifin adı olmalıdır. Hesablamalara görə, hətta 1200-cü illərdə yazılmış Şeytan İncilinin də tamamlanması ən azı 30 il çəkmişdi. Kilsə mənbələri bu müjdənin şeytana sitayiş edən bir rahib tərəfindən yazıldığını söyləyib. Lakin rahibin adı məlum deyildi. Başqa bir rəvayətə görə, kitabı şeytan özü yazıb və bunu aldatdığı bir rahibə vasitəsilə edib. Kitab ortaya çıxanda kilsə rəhbərləri bu rahibəni diri-diri divara hörərək cəzalandırdılar.

Deyilənlərə görə İncil, cin çağırma ayinləri, dövrün siyasi və hərbi hadisələri, yəhudilər haqqında bəzi məlumatlar, işgəncə üsulları, eləcə də ölüm, güc və sərvət sehrləri olduğu deyilirdi. Ancaq heç vaxt kitabda yazılanlar yayımlanmadı.

Hazırda Nyu-York şəhər muzeyində saxlanılan Şeytanın İncilinə bəzi insanlardan başqa heç kimin baxmasına icazə verilmir.

Xuraman Etibarlı,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest