“Növbəti seçkiləri gözləyə bilmərik, çünki o zaman Ermənistan olmayacaq” – Zakaryan

“Müharibə riskləri olub və hələ də qalmaqdadır. Sünik həm də kənardan təhrik oluna biləcək toqquşma nöqtəsinə çevrilə bilər”.

Bunu Ermənistan müdafiə nazirinin keçmiş müavini Artak Zakaryan bildirib.

O xatırladıb ki, 2 gün əvvəl azərbaycanlılar Şahverdilər (Vorotan) istiqamətində gömrük postları yerləşdiriblər.

“Oranın Azərbaycan ərazisi olduğuna kim qərar verdi? Ermənistandakı mövcud rejim niyə hakimiyyətdə qaldı? Dinc gələcək yaratmaq bəhanəsi ilə yenidən cəmiyyəti aldatdılar? Bu, dövlətə qarşı açıq cinayətdir və bunun nəticəsində Paşinyan erməni xalqının təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan Süniki həyasızcasına təslim edir”, – deyə Zakaryan bildirib.

Onun fikrincə, bu vəziyyətdən çıxmaq üçün hüquqi müstəvidə də daxil olmaqla, müəyyən işlər görülməlidir: “Əgər müxalifət əhalinin əksəriyyətinin dəstəyini qazana bilsə, Ermənistanda yeni siyasi vəziyyət, yeni qərar qəbuletmə mexanizmi yarada bilsə, beynəlxalq ictimaiyyəti ölkədəki yeni vəziyyəti qəbul etməyə məcbur etsə, bu, bir çox problemlər ölkəmizin xeyrinə həll edəcək. Mövcud iqtidarı hakimiyyətdən kənarlaşdırılmalıdır. Ermənistan ətrafında mövcud vəziyyətin yeganə səbəbi “məxməri inqilab” yolu ilə hakimiyyətə gələn sui-qəsdçilərin xuntasıdır”.

“Növbəti seçkiləri gözləyə bilmərik, çünki növbəti seçkilərə qədər Ermənistan artıq mövcud olmaya bilər. Kapitulyasiyanı davam etdirməyə, Ermənistanın hesabına güzəştə getməyə hazır olduğu üçün kapitulyator hakimiyyətdə saxlanılır. Onlar (azərbaycanlılar – red.) nə qədər irəliləyəcəklər? İrəvana qədər? Bu, iqtidar-müxalifət problemi deyil, milli məsələdir. Müxalifət hər gün döyüşür, amma Ermənistanın maraqlarına xidmət etməyən, başqa məqsədlər üçün yaradılan saxta müxalifət də var. Əks halda, bu gün bütün müxalifət birləşərdi. Onlar real müxalifətlə eyni şeydən danışsalar da, danışmaq başqa, hərəkət etmək başqadır”, – deyə keçmiş müdafiə nazirinin müavini vurğulayıb./yenisabah/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest