Norat Ter-Qriqoryants:”Bu adi müharibə deyildi,bizi ən güclü ordulardan birinə qarşı müharibə gözləyirdi”

44 günlük müharibədə darmadağın edilən Ermənistan ordusunu yenidən qurmaq üçün milyardlarla dollar vəsait lazımdır.Dağılan təkcə şəxsi heyət deyil,Ermənistan silahlı qüvvələrinə məxsus bütün maddi texniki baza da sıradan çıxarılıb.İndi, Ermənistan silahlı qüvvələri bir neçə hərbi hissədən  və az sayda diversiya qruplarından ibarətdir.Ermənilərin “qəhrəmanlıq simvolu” hesab etdikləri  “yenilməz ordu”larını Azərbaycan ordusu cəmi 44 günə yerlə yeksan etdi.Dağılan ordunun qalıqlarına tamaşa etmək isə istənilən  general üçün utanc gətirir.Ermənistan ordusunun keçmiş generallarından birinin də  oxuyacağınız müsahibəsi bu barədədir.
 “Müharibədən təxminən bir ay əvvəl  Ermənistana gedib  müdafiə naziri David Tonoyanla görüşmək istədim.Ona demək istəyirdim ki,müharibə gözlənilir və tədbirlər görmək lazımdır.Amma  xəbər verdilər ki,Tonoyan iclasdadı və  mənimlə görüşə bilməyəcək.Əclaf  mənimlə görüşdən imtina etdi.”
  Bakuexo.az  news.am saytına istinadən xəbər verir ki,bunu Ermənistan  Silahllı Qüvvələri Baş Qərargahının keçmiş rəisi, general-leytenant Norat Ter-Qriqoryants deyib:
“Silahdaşlarımızla  birgə erməni xalqının təhlükəsizliyini və ləyaqətini qoruyan ordu yaratdıq. Amma Tonoyan həmin ordunu yaradan veteranlarla görüşdən imtina etdi.Amma O, keçmiş komandir heyətini bir yerə toplayıb dinləməyə borclu idi. Mən  həmin yaramaza növbəti dəfə ismarış göndərdim.Yenə “vaxtım yoxdur” cavabını eşitdim.Daha sonra məcbur qalıb təhlükəsizlik  üzrə parlament komissiyasının sədri Andranik Koçaryana zəng edib soruşdum ki,siz nə edirsiniz,məqsədiniz nədir?Müharibə astanasında Ali Baş Komandanın generalları ordudan tərxis etməyi nə ilə bağlıdır? Mən ona dedim ki,müharibənin tezliklə başlamaq  ehtimalı var və Paşinyanın yüksək rütbəli zabitləri vəzifələrindən azad etməsi başa düşülən deyil.
 Guya regiondakı hərbi-siyasi vəziyyəti Ermənistan rəhbərliyi görmürdü? Bəyəm Naxçıvanda  keçirilən Azərbaycan-Türkiyə təlimlərindən də xəbərsiz idilər? Mən həyəcan siqnalı çalanda hökumətdən mənə deyirdilər ki,”nə danışırsan,nə müharibə?” Mən isə cavab verirdim ki, müharibənin iyi gəlir və təssüf ki,siz bu iyi hiss etmirsiniz.Əgər mən həmin vaxt Tonoyanla görüşsəydim müharibə başlamayacaqdı. Tonoyan düzgün yol tutmamışdı.Söhbət onun ABŞ-da verdiyi məlum bəyənatdan gedir.O anlamırdı ki,biz heç haranı işğal etməməşdik,eləcədə 7 rayonu.Həmin əraziləri azərbaycanlılar müdafiə etmədən qoyub getmişdilər.Onlar özləri həmin əraziləri bombalamışdılar.
  Müharibə zamanı Paşinyan Vaqraşak Artunyanı özünə məsləhətçi təyin etdi.Şəxsən mənim o adama qarşı hər hansı iradım yoxdur,amma Vaqraşak müharibə zamanı Ali Baş Komandana məsləhətçi ola bilməzdi.Axı bu adamın hərbi sahədə heç bir anlayışı yoxdur. Vaqraşak Artunyan özü həmin vəzifəyə getməməliydi.İki gündən sonra xəbər tutdum ki,orduya könüllüləri çağırırlar.Bu ən böyük yanılışlıq idi.Axı bu adi müharibə deyildi,sizi  ən güclü ordulardan birinə qarşı müharibə gözləyirdi.
Ermənistan Silahlı Qüvvələrində ölkəni hərbi vəziyyətdən çıxarmağın elmi əsaslara söykənən  planı var. Bundan əlavə, əgər müharibə Qarabağda  gedirsə onu qarabağlı hərbiçilər idarə etməlidir.Bəs onda sizə aid olmayan işə niyə burnunuzu soxursunuz.Hərbi vəziyyət zamanı Ermənistanda idarəetmə sistemi düezgün qurulmadı.Əslində prezident üsul idarəsi olmalı idi.Mən vaxtı ilə Ermənistan ordusunu quranda biz həm də Qarabağı azad edirdik.İndi azərbaycanlıların məqsədi başqadır.Onlar Qarabağı və Zəngəzuru ələ keçirəndən sonra oraları Naxçıvanla birləşdirib, sonra İrəvana hücum etmək istəyirlər.  
 Biz o zamanə  Levon Ter-Petrosyanın xahişi ilə bir konsepsiya hazırladıq. Nəticədə  üç mərhələdə  ordu yaratdıq və Qarabağ ordusu ilə birgə  Qarabağı fəth etdik. Bu ordu 30 il ölkədə  dinc həyatı təmin etdi. Texnologiyaya gəlincə, mövcud silahlara yiyələnmək də vacibdir. Rusiyanın sahib olduğu artileriya qurğuları dünyanın heç harasında yoxdur. Bütün bunlarla bərabər  Ermənistan özü də silah-sursat  istehsalı üçün işlər görməliydi.Ermənistanda bütün silahlanmanı  Rusiya təmin edirdi,amma  nəticədə ermənilər rusları söyməyə başladılar.
  Ermənistanın tək müttəfiqi Rusiyadır və ətrafdakı dövlətlərin hamısı düşməndir. Bəs Nikol Paşinyan,siz, niyə  üç il ərzində Qarabağı hava hücumundan müdafiə sistemi ilə təmin etmədiniz? Yaxşı, əvvəlki hökumətin pulu yox idi. Bəlkə sizin də pulunuz yox idi? Paşinyan hakimiyyətdə olduğu  dövrdə müharibədən əvvəl  generalların istefaya göndərilməsi lazım deyildi. Ordunun müasir hava hücumundan müdafiə sistemləri ilə təchiz edilməsi, daha çox raket və PUA almaq üçün işləmək lazım idi. Ermənistanın çoxlu uzaq mənzilli silahları, əməliyyat-taktiki raketləri və PUA-ları olmalıydı. Gəldim  bunlara dedim ki, PUA-lar alınmalıdır. Ancaq heç bir şey etmədilər.”
  Vaxtı ilə Azərbaycan torpaqlarını işğal edən,əli yüzlərlə həmvətənimizin qanına batan bir cəlladın indi məhv olan erməni ordusuna yas saxlaması tarixin ironiyasıdır.Utanmadan,çəkinmədən-əraziləri biz işğal etmədik,özləri qoyub qaçdı- ifadəsini işlədən bir daşnakın qurduğu  ordu artıq yoxdur.Faşist düşüncəli Ter-Qriqoryants indi Zəngəzurun və İrəvanın əldən gedəcəyindən narahatdır.
Vəli Həsənoğlu
Bakuexo.az


 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest