“Niyə pedofilləri uran mədənlərinə işləməyə göndərməyək?”

Pedofillər uran hasilatı kimi ağır və təhlükəli işlərə cəlb edilməlidir.

Bunu lenta.ru-ya müsahibəsində Rusiya Daxili İşlər Nazirliyinin kriminal eksperti və keçmiş əməliyyat əməkdaşı Mixail İqnatov deyib. O hesab edir ki, ölkədə pedofil, azyaşlı qatili və manyakların cəza çəkmə formatına yenidən baxılmalıdır.

“Bu gün onlar 2-3 nəfərlik qrup halında kameralarında oturur, ibadət edir, kitab oxuyur və gündə yarım saat gəzirlər”, – məhkəmə eksperti qeyd edib.

“Ancaq Rusiyada bir çox çətin və təhlükəli iş var – deyək ki, uran hasilatı. Niyə eyni pedofilləri uran mədənlərinə, təbii ki, ağır mühafizə altında göndərməyək? Orada onlar dövlətə xeyir verə bilərdilər”, – İqnatov bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest