“Nikol satqındır” – İrəvanda Litva prezidenti belə qarşılandır

Ermənistanın “Müqavimət” müxalifət hərəkatının üzvləri İrəvana səfər edən Litva prezidenti Gitanas Nausedanın prezident iqamətgahına daxil olan kortejini “Nikol satqındır!”, “Türksüz Ermənistan!”, “ Nikolsuz Ermənistan”, “Ayıb olsun!” şüarları altında qarşılayıblar.

“Sputnik Armenia” xəbər verir ki, Litva nümayəndə heyətini və Nausedanı iqamətgah binasına daxil olmazdan əvvəl Ermənistan prezidenti Vaaqn Xaçaturyan qarşılayıb.

Polis “Müqavimət” hərəkatının tərəfdarlarına iqamətgahın darvazalarına yaxınlaşmağa imkan verməyib. Hazırda prezidentlərin görüşü keçirilir. Etirazçılar iqamətgahın qarşısında etirazlara davam edirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest