Nigeriyada silahlı hücum qurbanlarının sayı 200 nəfəri keçib

Nigeriyanın Zamfara əyalətində silahlı dəstələrin silsilə hücumlarından sonra ölənlərin sayı 200-ü ötüb.

“Premium Times” xəbər verir ki, 4-5 yanvar tarixlərində Anka və Bukkuyum kəndlərində silahlı şəxslərin hücumları nəticəsində yüzlərlə insan həlak olub, minlərlə insan evlərini tərk edib.

Kəndlərdə axtarış-xilasetmə işləri davam etdirilir. On mindən çox insan evlərini tərk edib.

Nigeriyada silahlı dəstələr tez-tez kəndlərə hücum edir, yerli evləri yandırır və dinc əhaliyə fərq qoymadan atəş açır. Ölkənin şimal-qərb əyalətlərində quldur dəstələrinə qarşı mübarizə üçün minlərlə hərbçi yerləşdirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest