Nigah üçün ideal yer: Metro

Rusiyanın paytaxtı Moskvada bələdiyyə sədrininin müavini Anastasiya Rakova metroda nikaha girməyin mümkün olduğunu açıqlayıb.  

Bələdiyyə sədri bundan sonra nikahların metronun “Mayakovski” stansiyasında və “Reçnoy vokzal” metrostansiyasında baş tuta  biləcəyini qeyd edib.
“2019-cu ildən bəri Moskvada, ən fərqli və ən gözəl yerlərdə evlənmək layihəsi fəal şəkildə inkişaf etdirilib. Məkanların siyahısı daim yenilənir. Bu il yeni bir layihəyə başlamağa qərar verdik. Belə ki, nəqliyyat sektoruna aid yerlərdə də toy etmək mümkün olacaq. Bu il ilk toy “Reçnoy vokzal” və “Mayakovski” metro stansiyasında keçiriləcək”, – deyə A.Rakova bildirib.
Bələdiyyə sədri son iki ildə 13 mindən çox cütlüyün bu cür fərqli şəkildə evləndiyini bildirib.
Qeyd edək ki, Mayakovski metro stansiyasında toy mərasimlərinin sərnişin axınına mane olmamaq üçün gecə keçirilə biləcəyi bildirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest