“Nefitçi”dən ÇL-da uğurlu start

Bu gün Azərbaycan çempionu “Neftçi” UEFA Çempionlar Liqasının 2021/22 mövsümündə ilk oyununa çıxıb.

Paytaxt klubu bu turnirin 1-ci təsnifat mərhələsi çərçivəsində Gürcüstan çempionu “Dinamo” (Tiflis) ilə qarşılaşıb.

Tiflisdə baş tutan maraqlı və gərgin oyunda Flaqman qalib gəlib.

UEFA Çempionlar Liqası

1-ci təsnifat mərhələsinin ilk oyunu

7 iyul

20:00. Dinamo (Tiflis) – Neftçi

Baş hakim: David Fuksman (İsrail).

Tiflis. Boris Payçadze adına “Dinamo Arena”.

“Dinamo”: Kvasxvadze, Sporkslede, Xvadqiani, Papava (k), Qbenyon, Xarabadze, Radin, Kardava, Kutsiya, Marusiç, Qabedava Ehtiyat oyunçular: Miqineişvili, Kalandadze, Kobouri, Axvlediani, Osey, İaşvili, Morçiladze, Mekvabişvili, Kavtaradze

“Neftçi”: Aqil Məmmədov, Voislav Stankoviç, Mamadu Mbodj, Mert Çelik, Yusuf Laval, Sabir Buqrin, Mamadu Kane, Emin Mahmudov (k), Harramiz Suares, Namik Ələskərov, Sezar Meza Kolli

Ehtiyat oyunçular: Kamran İbrahimov, Əlirza Müştəbəzadə, Fəhmin Muradbəyli, İsmayıl Zülfüqarlı, Mirabdulla Abbasov, Ömər Buludov, Vüsal Əsgərov, Asim Əlizadə, Emin Zamanov, Xəyal Nəcəfov

 Namiq Ələsgərov 23-cü dəqiqədə fərqlənərək hesabı açır.

“Dinamo” hesabı Zoran Maruşiç 36-cı dəqiqədə vurduğu baxımlı qolla hesabı bərabərləşdirir.

Emin Mahmudov 57-ci dəqiqədə penaltidən fərqlənərək hesabı 2:1 edir.

Oyun bu hesabla da başa çatır.

“Neftçi” Çempionlar Liqasındakı ilk matçında qələbə qazanır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest