Nazirin bacısı vəfat etdi

Rusiya Müdafiə naziri Sergey Şoyqunun bacısı, “Vahid Rusiya” dan Dövlət Dumasının deputatı Larisa Şoyqunun vəfat edib. Bu barədə “Vahid Rusiya” Duma fraksiyasının rəhbəri Sergey Neverov öz Facebook hesabında məlumat verib.

“Larisa Kujuqetovnanın əziz xatirəsinə! Bu ağır itkidən xilas olmaq üçün yaxınlarına və dostlarına güc və cəsarət diləyirəm”-deyə o yazıb.

Neverov, Larisa Şoyqunun Dövlət Dumasında “doğma Tuva Respublikasına fədakarlıqla sadiq qaldığını, uzun illər onun maraqlarını qoruduğunu” və çox gözəl bir insan olduğunu əlavə edib. Deputatın ölümünü də hər kəs üçün böyük bir itki adlandırıb.

Larisa Şoyqu 1953-cü ildə Çadan şəhərində anadan olub. 2007-ci ilin dekabrından Dövlət Dumasının deputatı idi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest