“Naxçıvan vasitəsilə İrana ilk dəmir yolu açıla bilər” – Qriqoryan

Ermənistan baş nazirinin müavini Mher Qriqoryan regionda kommunikasiyaların bərpası ilə bağlı hansı məsələlərin müzakirə edildiyini açıqlayıb.

Erməni mediası xəbər verir ki, Qriqoryan Regional kommunikasiyaların Bərpası üzrə işçi qrupunun Yerasx-Horadiz dəmir yolunun mərhələli şəkildə açılması variantını müzakirə etdiyini deyib:

“Müzakirəyə çıxarılan variantlardan biri də odur ki, Meğri-Mincivan-Horadiz ərazisindən keçəcək yeni dəmir yolunun çəkilməsini gözləmədən Naxçıvan vasitəsilə İrana kommunikasiya açılsın. Mövcud infrastrukturun köməyi ilə həyata keçiriləcək  istənilən blokun açılması ehtimalı bizim üçün arzuolunandır. Amma bu, danışıqların mövzusudur və hansı razılığa gələcəyimizi deyə bilmərəm” – Qriqoryan vurğulayıb.

“İşçi Qrupu həmçinin daha bir kommunikasiyanın, İcevan-Qazax (Ermənistanın şimal-şərqindən keçir) dəmir yolunun açılması imkanlarını müzakirə edib. Gündəlikdən heç bir variant çıxarılmasa da, indi danışıqların bu mərhələsinə aid olan məsələlər müzakirə olunur” – Ermənistan baş nazirinin müavini deyib. Onun sözlərinə görə, Türkiyə ilə dəmir yolu əlaqəsinin bərpası məsələsinə indiyədək heç bir təfərrüat olmadan yalnız konseptual səviyyədə baxılıb.

Müşviq Tofiqoğlu

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest