NƏHAYƏT: Qarabağda erməni silahlı birləşmələrinin tərksilah edilməsinə başlanıldı

Qanunsuz erməni silahlı dəstələrinin mövqelərdən çıxarılmasına start verilib.

Ağdərə istiqamətində erməni tərəfinin postları boşaldılır, Rusiya sülhməramlıları tərəfindən partladılır, Azərbaycan tərəfindən isə buldozerlərlə həmin partladılmış məntəqələr doldurulur.

Məlumatda bildirilir ki, erməni tərəfinin postlarının 10-da 9-u boşaldılıb. Mövqelərdə isə Rusiya sülhməramlı qüvvələri yerləşir.

Prosesin davam edəcəyi, Ağdərə, Ağdam istiqamətindən sonra Xocavənd istiqamətində postlar boşaldılıb, partladılıb, yerləri doldurulacaq. Beləcə bu proses mərhələli şəkildə sona qədər davam edəcək.Yeniçağ.az.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest