Mərkəzi Ordu İdman Klubunun sabiq rəhbəri Elxan Məcidov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Bakı Hərbi Məhkəməsi külli miqdarda rüşvət almada və digər cinayət əməllərində şübhəli bilinən E.Məmmədov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Elxan Məcidov xidmət etdiyi dövr ərzində, çoxsaylı hərbi qulluqçuların külli miqdarda rüşvət müqabilində əsassız olaraq Mərkəzi Ordu İdman Klubuna köçürülməsini, aylığa buraxılmasını təmin edib.
Qeyd edək ki, Elxan Məcidov əvvəllər Azərbaycan Ordusunun keçmiş Baş Qərargah rəisi Nəcməddin Sadıkovun köməkçisi vəzifəsində işləyib.