Müxalifətə dialoq təklif etdik, amma görünür, onların deməyə sözü yoxdur – Simonyan

Müxalifətə dialoq təklif etdik, amma görünür, onların deməyə sözü yoxdur.

Erməni mediası xəbər verir ki, bunu bu gün Ermənistan Parlamentinin spikeri Alen Simonyan jurnalistlərə deyib. O bildirib ki, razı olmayanların mitinq hüququ var, lakin aqressiyaya yaxşı münasibət göstərmək olmaz.

Parlament rəhbəri hesab edir ki, indi ciddi daxili siyasi gərginlikdən danışmaq olmaz. Hakimiyyət əməkdaşlığa, baş nazir isə müxalifətlə görüşməyə, onların təkliflərini dinləməyə hazırdır.

O qeyd edib ki, etirazçıların hərəkətləri Paşinyanın mühüm görüşləri (Rusiya və ya Aİ liderləri ilə), ya da sərhəddəki insidentlərlə üst-üstə düşür. Simonyan bunun təsadüf olmadığına əmindir. Təxribatçılar tezliklə ifşa olunacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest