Muşda yazda 8 metr qarla mübarizə – FOTO

Qış mövsümünün sərt keçdiyi Türkiyənin Muş vilayətində qarla mübarizə qrupları qalınlığının 8 metrə çatan qarı təmizləmə işləri aparırlar.

Vətəndaşların əziyyət çəkməməsi üçün mürəkkəb coğrafi ərazi quruluşu, sıldırım və uçqun təhlükəsinə baxmayaraq çalışmalar davam etdirilir.

Vilayət valisi İlker Gündüzöz jurnalistlərə açıqlamasında bildirib ki, bəzi yerlərə hətta 9-10 metr qar yağıb.

“Biz bu mübarizəni 24 saat əsasda davam etdirməliyik”, – o deyib.

Mənbə: Anadolu

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest