Müsəlmanlara verilən işgəncələri ifşa edən zabit müəmmalı şəkildə öldü

ABŞ-ın İraq və Əfqanıstanda dinc insanlara “əyləncə” məqsədi ilə verdiyi işgəncələri açıqlayan amerikalı zabit Yan Fişbek uzun müddət qaldığı ruhi xəstəliklər dispanserində vəfat edib.

42 yaşlı Fişbek noyabrın 19-da depressiya və psixi pozğunluqdan sonra köçürüldüyü Miçiqan ştatındakı xəstəxanada dünyasını dəyişib.

Ailəsi keçmiş zabitin ölümü ilə bağlı belə bir açıqlama verib:

“O, bir çox çətinliklərlə üzləşdi və özümüzü çarəsiz hiss etdik. Biz ona lazım olan yardımı göstərməyə çalışdıq. Görünür, sistem onu ​​tamamilə və faciəvi şəkildə iflasa uğratdı. Onun ölümü ilə bağlı çoxlu suallar var. Ölümün səbəbi hazırda məlum deyil. Amma sizi əmin edirik ki, ədaləti axtaracağıq. Çünki ədalət onun üçün çox vacib idi”.

Fişbek Senatın Silahlı Qüvvələr Komitəsinin üzvü, respublikaçı senator Con Makkeyn və bu komitəyə rəhbərlik edən respublikaçı senator Con Uornerə yazdığı məktubda ABŞ hərbçilərinin İraq və Əfqanıstandakı insani əxlaqsızlığını ifşa edib.

Fişbek və 82-ci Hava Diviziyasının digər iki hərbçisi məktubda yazıb:

“Əfqanıstan və İraqda məhbuslara hücum edililir. Onlar yüksək temperatura məruz qalırlar, məlumat almaq və ya sadəcə əsgərləri əyləndirmək üçün oyaq saxlanılırlar”.

Fişbek Makkeynə yazdığı məktubunda deyir:

“Mən bütün səylərimə baxmayaraq, komandirlərimdən məhbuslarla qanuni və humanist rəftarın necə olması ilə bağlı aydın və ardıcıl cavab ala bilməmişəm. Müxtəlif sui-istifadələr var: ölümlə hədələmə, döyülmə, ağır fiziki zorlama, girov götürmə, yuxusuz saxlama və sair. Mən həm Əfqanıstanda, həm də İraqda bəzi pozuntuların şahidi olmuşam”. Teleqraf.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest