Müharibə başlayandan Makron səkkiz dəfə Putinə ZƏNG EDİB – SƏBƏB

Fransa Prezidenti Emmanuel Makron Rusiyanın Ukraynaya genişmiqyaslı hücumundan sonra niyə tez-tez Vladimir Putinə zəng etdiyini izah edib.

“Le Monde” portalı xəbər verir ki, Makron bunu Ukrayna Prezidenti Volodimir Zelenskinin xahişi etdiyini bildirib.

“Mən müharibə başlayandan bəri hər dəfə Ukrayna prezidenti Zelenskinin xahişi ilə eyni şeyi etmişəm. Çünki o, belə bir dialoqun davam etdirilməsini faydalı hesab edirdi”, – deyə Makron əlavə edib.

Xatırladaq ki, Rusiyanın Ukraynaya genişmiqyaslı hücumundan sonra Fransa rəhbəri Putinə ən azı 8 dəfə zəng edib. Buna görə o, bu yaxınlarda Polşanın baş naziri Mateuş Moravetski tərəfindən tənqid edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest