Müğənni Elnarədən makiyajsız FOTO

Müğənni Elnarə Xəlilova  İnstaqram hesabında makiyajsız halı ilə fotosunu paylaşıb. 

Müğənni bildirib ki, həyat bizə sağlam və azad yaşamaq üçün verilib. Odur ki, bu həyatı başqalarını tənqid etməklə keçirməyə dəyməz:

“Fərqi yoxdur, necə görsənirsinizsə görsənin: yaşlı, cavan, kök, arıq, sadə, yaxud qlamur. Bir şeyi heç zaman yadınızdan çıxarmayın: Allah bu ömrü bizə yaşamaq üçün verib. Sağlam və rahat yaşamaq üçün. Ona görə də, əgər sağlam və rahat yaşamaq istəyirsizsə, həyatınızdakı neqativlərdən, kindən, paxıllıqdan, kədərdən uzaq olun.

Balaca şeylərlə xoşbəxt olmağı bacarın. Üzünüzdən təbəssümü əskik etməyin. Mehriban olun. Qəlb qırmayın, haqq yeməyin, lağ etməyin, eyib açmayın. Heç kəsə yuxarıdan aşağı baxmayın. Çünki bunu yalnız Allah edə bilər. Evdə yaşlı ana və nənələrinizin, xala və bibilərinizin, ata və babalarınızın, əmi və dayılarınızın qədrini bilin. Əyninizə nə rahatdırsa, onu geyinin. Sizə necə rahatdırsa, elə yaşayın. Yetər ki, sağlam və xoşbəxt olasız”.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest