Müdafiə Sənayesi Nazirliyinin zavodunda minaatan partladı

Müdafiə Sənayesi Nazirliyinin Şirvan “Araz” zavodunda sursat partlayıb.

Sursatın partlaması nəticəsində “Şirvan Araz zavodu” MMC-nin işçisi, Şirvan sakini, 1986-cı il təvəllüdlü Almazov Razi Sakit oğlu çoxsaylı qəlpə yaraları alıb.

Şirvan xəstəxanasına yerləşdirilib və əməliyyata götürülüb. Faktla bağlı araşdırma aparılır.

Müdafiə Sənayesi Nazirliyindən bildirilib ki, zavodda sınaq zamanı 60 mm-lik minaatan partlayıb.

“Bir nəfər Almazov Razi əlindən və bud nahiyəsindən xəsarət alıb. Şirvan Şəhər Xəstəxanasından həkimlər həyati təhlükəsinin olmadığını bildiriblər”, – deyə məlumatda qeyd olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest