“Mübarizəmiz nəticəsini verdi, Paşinyan bir neçə günə hakimiyyətdən gedəcək” – Vanetsyan

Müxalifətin mübarizəsi öz nəticəsini verib və Nikol Paşinyanın və onun hökumətinin hakimiyyətdən uzaqlaşdırılması bir neçə günün işidir.

Bunu çərşənbə axşamı jurnalistlərə etiraz hərəkatının liderlərindən biri, Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Artur Vanetsyan deyib.

“Biz xalqla küçədə qalmağa davam edirik, hakimiyyətlə heç bir danışıqlar aparmırıq, heç bir razılaşmamız yoxdur. Tələblərimizdə israrlı olmaqda davam edirik”, – deyə Vanetsyan bildirib.

Vanetsyan həmçinin hakimiyyətlə hər hansı razılaşmanın əldə olunması imkanını qəti şəkildə istisna edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest