Moskvada Vəzirovla vida mərasimi keçirilib

Moskva şəhərinin Troekurov qəbiristanlığında Azərbaycanın keçmiş rəhbərlərindən Əbdürrəhman Vəzirovla vida mərasimi keçirilib.

Mərasimdə Ə.Vəzirovun yaxınları, o cümlədən oğlu Eldar çıxış edib.

Sonra Quran ayələri oxunub.

Ə.Vəzirov sağlığında həyat yoldaşı İrinanın yanında dəfn olunmağı vəsiyyət edib.

Qeyd edək ki, 1930-cu ildə Bakının Kirov (indiki Binəqədi) rayonunda doğulan Ə.Vəzirov 1988-1990-cı illərdə Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi vəzifəsində çalışıb. 1990-cı ilin yanvar faciəsindən sonra Rusiyaya gedib və ömrünün qalan hissəsini bu ölkədə yaşayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest