Moskvada erməni əsilli polis rəisi HƏBS OLUNDU-FOTO

Moskva vilayətində erməni əsilli polis rəisi Hindistan vətəndaşlarının Amerikaya qeyri-leqal yolla göndərilməsini təşkil edib.

Rusiya mediası xəbər verir ki, Moskva vilayətinin Dolqoprudnı şəhərinin polis rəisi 38 yaşlı polkovnik-leytenant Karen Sevikyan gizli biznes yaradıb. Sevikyan Şeremetyevo vasitəsilə Hindistandan olan miqrantları saxta sənədlərlə sərbəst şəkildə Meksikaya göndərib, oradan isə onlar artıq ABŞ-a köçüblər.

Onun cinayət ortağı hindlilərlə görüşüb, onları otelə yerləşdirib, viza verib və aviabilet almağa kömək edib.

FSB polkovnik-leytenantı və onun Tarbayev adlı şərikini həbs olunub. İşin təhqiqatı Böyük Britaniyanın Hərbi İstintaq İdarəsi tərəfindən aparılacaq. Sərhədçilər Sevikyana kömək etməkdə şübhəli bilinir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest